İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Serbiya və Kosovo arasında dialoqun üstünlük təşkil etməli olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, mayın 29-da Kosovonun Zveçan bələdiyyəsində baş verən qarşıdurmada 14 italyan əsgərinin yaralanması səbəbilə buradakı görüşdə böyük həmrəylik gördüklərini ifadə edən Antonio Tajani, "Gördüyümüz işlərə görə böyük təqdir edildi. NATO burada qalacaq. Türklər və İngilislər də lazım gələrsə, əlavə qüvvələr verəcəklər." 

Tajani bildirib ki, bugünkü görüşdə Ukraynaya güclü dəstəyi davam etdirmək öhdəliyi də qiymətləndirilib.

Görüşlərdə İsveçin NATO-ya üzvlüyü məsələsinin də gündəmdə olduğunu qeyd edən Tajani, "Hamımız İsveçin üzvlüyünə böyük dəstəyimizi ifadə etdik", - deyə əlavə edilib.