Azərbaycan bu ilin yanvar-may aylarında İtaliyaya 2,8 milyard dollar dəyərində 4,5 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 487,4 milyon dollar azdır.

Hesabat dövründə İtaliyaya neft ixracının həcmi isə illik müqayisədə 3% azalıb.

Əlavə edək ki, hazırda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır