İsveçrənin ən böyük bankı “UBS” ölkənin ikinci böyük bankı olan “Credit Suisse”i 3 milyard franka (3,24 milyard ABŞ dolları) alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Credit Suisse” bankının bəyanatında deyilir.

“Credit Suisse” və “UBS” İsveçrə Federal Maliyyə Nazirliyi, İsveçrə Milli Bankı və İsveçrə maliyyə bazarlarına nəzarət edən FINMA-nın müdaxiləsindən sonra birləşmə sazişi bağlayıblar.

Bəyanatda deyilir ki, birləşmə tamamlanana qədər “Credit Suisse” həmişəki kimi işini davam etdirəcək və “UBS” ilə əməkdaşlıq çərçivəsində restrukturizasiya tədbirləri həyata keçirəcək. Birləşmə prosesinin 2023-cü ilin sonuna qədər tamamlanacağı gözlənilir.