İsveçrə Texniki Universitetinin alimləri tünd şokolad üçün yeni resept hazırlayıblar.
Bu barədə İqtisadiyyat.az “Pravda.Ru”ya istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, yeni şokoladın tərkibində kakao paxlasının nisbəti əhəmiyyətli dərəcədə artırılıb ki, bu da şirinliyi sağlamlıq üçün daha zərərsiz edir.
Qeyd edilir ki, alimlər bir sıra tədqiqatlar aparıblar və bu müddət ərzində tərkibində cəmi 20% kakao jeli olan şokolad yaratmağa nail olublar.
“Bu, məhsulu şirinlik baxımından ənənəvi tünd şokoladla oxşar edir. Resept həmçinin doymuş yağ tərkibinin üçdə birnin azaldılmasını və lifin miqdarının 20% artırılmasını nəzərdə tutur”, - məlumatda deyilir.
Şokoladın yeni növü “marmelad” adlanır. Alimlər bildirirlər ki, onların təklif etdiyi istehsal texnologiyası geniş yayılarsa, məhsul istehsalçıları öz mənfəətlərini əhəmiyyətli dərəcədə artıracaqlar.