İsveçrədə bir gün ərzində koronavirusa 15 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin İctimai Səhiyyəsinin Federal ofisi bildirib.

Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 30 761-ə çatıb. 

Bu günə olan məlumata görə, bir gün ərzində 6 ölüm baş verib. 

Ölkədə ümumilikdə 1 648 nəfər virusun qurbanı olub.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 375 115 test aparılıb.(report)