İsveçrə prezidenti Viola Amherd yenidən prezident seçildikdən sonra Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Blick" qəzeti İsveçrənin Müdafiə, İctimai Mühafizə və İdman Federal Departamentinin rəsmi nümayəndəsi Lorenz Frişknextə istinadən məlumat yayıb. 

Nəşrin yazdığına görə, məktubun məqsədi Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik etmək deyil, "Crocus City Hall"da baş vermiş terror aktı və Rusiya regionlarını bürümüş daşqınlarla bağlı başsağlığı verməkdir. Frişknextin sözlərinə görə, mesaj Rusiya prezidentinin yeni mandatı nəzərə alınmaqla bir neçə mövzunu əhatə edib.