İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, bölgədəki gərgin vəziyyət İsveçrəni ciddi şəkildə narahat edir və rəsmi Bern bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır.
Nazirlik qeyd edib ki, səfirliyin bütün xarici əməkdaşları artıq İranı tərk ediblər və təhlükəsiz şəraitdədirlər. Onlardan beşi və ailə üzvləri Türkmənistana göndərilib, digər yeddi nəfər – o cümlədən İsveçrənin İrandakı səfiri Nadine Olivieri Lozano – quru sərhədi keçərək Azərbaycana daxil olublar.
Diplomatik nümayəndəlikdən bildirilib ki, təhlükəsizlik vəziyyəti imkan verdiyi anda heyət Tehrana geri dönəcək.