NATO-ya üzv olmaq üçün Türkiyənin razılığına ehtiyacı olan və bunun üçün danışıqlar aparan İsveçdə qalmaqallı qərar qəbul edilib.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

"İsveç bu gedişlə NATO-nu yuxusunda görəcək", - deyə Türkiyə hökumətindəki mənbə bildirib.