İsveç Ukraynaya 4,6 milyard kron (443,5 milyon dollar) məbləğində 17-ci hərbi yardım paketini ayırır.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.
O vurğulayıb ki, paket Ukraynanın tələbi ilə hazırlanıb: “Kiyevə başqa şeylərlə yanaşı, tank sursatları, “Pansarbandvagn 302” zirehli transportyoru üçün kamuflyaj, PUA-lar və qış geyimləri üçün vəsait ayırılıb. Bundan əlavə, altı “Stridsb t 90” desant hücum kateri, “Robot 70” insan-portativ hava hücumundan müdafiə sistemləri (MANPADS), həmçinin qoruyucu maskalar və avadanlıqlar tədarük ediləcək.
Dəstək paketinə həmçinin təxminən 700 milyon (67,48 milyon dollar) maliyyə yardımı daxildir”.
İsveç 2024-2026-cı illər ərzində Ukraynaya hərbi məqsədlər üçün ümumilikdə 75 milyard kron (7,23 milyard dollar) ayırıb.
Sadiq Cavadov