İsveç hökuməti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 13,3 milyard krondan (1,26 milyard dollar) çox vəsait ayırmaq barədə razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç Baş nazirinin müavini, energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında bildirib.

Yardım paketinə iki "ASC 890" təyyarəsi, artilleriya sursatları və zirehli maşınlar daxildir. Yeni hərbi yardım paketi son iki ildə İsveçin ölkəyə ayırdığı 16-cı yardım olacaq.

Bu yaxınlarda İsveç hökuməti 2024-cü ildən 2026-cı ilə qədər olan dövr üçün Ukraynaya 75 milyard kron (7,09 milyard dollar) məbləğində uzunmüddətli hərbi dəstək proqramını təqdim edib. Krallıq artıq Kiyevə humanitar, maliyyə və hərbi yardım şəklində 50 milyard kron (4,73 milyard dollar) ayırıb.

 

Gözəl Həşimova