İsveç hökuməti Qəzza zolağı, Ukrayna və Sudanda aclıqla mübarizə üçün 120 milyon kron (11,31 milyon dollar) ayırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin ofisindən bildirilib.

Qeyd edilib ki, yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) vasitəsilə həyata keçirilir.

"Məbləğ ölkələr arasında bərabər bölünür. Ayrılma qərarı Ümumdünya Ərzaq Proqramının rəhbəri Sindi Makkeynin Stokholma səfəri ilə əlaqədar qəbul edilib", - press-relizdə deyilir.

Xarici Ticarət və Beynəlxalq İnkişaf Əməkdaşlıq Naziri Yohan Forsselin sözlərinə görə, İsveç İsrailə daha çox təzyiq göstərmək təşəbbüsü ilə çıxış edərək, ÜƏP və digər təşkilatların ehtiyacı olanlara kömək etmək üçün ehtiyac duyduğu humanitar yardımı genişləndirməyə təkan verir.

Ayrılan vəsait İsveç ÜƏP-nin 2024-cü il üçün dəstək büdcəsinin bir hissəsidir. Bu, təxminən 1,3 milyard kron (122 milyon dollar) təşkil edir.