İsveç Müdafiə Nazirliyi Rusiyadan verilə biləcək nüvə zərbəsinə hazırlaşır.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dagens Nyheter ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mikael Klassona istinadən məlumat yayıb. 

Nəşrin məlumatına görə, Şimali Avropa ölkəsinin hərbi komandanlığı Rusiyadan nüvə zərbəsi endirilməsi halında “bir sıra tədbirlər” görüb. Klasson bu cür hərəkətləri Moskvanın “dediyini etmək kimi xoşagəlməz vərdişinin olması” ilə izah edib.  

Bununla belə, Dagens Nyheter dəqiqləşdirir ki, İsveç hələ də Rusiyadan gələn nüvə təhlükəsini mümkünsüz hesab edir.