"Biz çalışırıq ki, Qurana qarşı hörmətsizlik təkrarlanmasın".
İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bunu İsveç xarici işlər naziri Tobias Billström deyib.
O bildirib ki, İsveç hökuməti Qurana qarşı atılan addıma görə təəssüf hissi keçirir:
"Bu qəbuledilməz davranış İsveçin dəyər və ənənələrinə ziddir. Qurana qarşı bu cür addımların təkrarlanmaması üçün qanunvericilikdə dəyişikliklər oluna bilər".
Gülşən Şərif
İqtisadiyyat.az