İsveç NATO-ya tamhüquqlu üzv kimi qəbul edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə krallığın hökumət ofisi məlumat yayıb.

"İsveç vaxtı ilə saat 17:30-a (Bakı vaxtı ilə 20:30) az qalmış Baş nazir Ulf Kristersson İsveçin Şimali Atlantika Müqaviləsinin depozitarisi adlandırılan ABŞ hökumətinə qoşulması haqqında sənədi təqdim etdi. Beləcə, İsveç NATO-ya üzv oldu", - bəyanatda qeyd olunur.