İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldova və Gürcüstana isə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçin hökumət idarəsi məlumat yayıb.

Məlumata görə, dəstək xüsusilə minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik və təhsil üçün istifadə olunacaq.

 

Gözəl Həşimova