Logo

İstehlaka yararsız balıq məhsulları və akoqolsuz içkilər məhv edilib


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız və istifadə müddəti bitən, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, proses “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında həyata keçirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

2022-05-12 15:21:00 1215
Teqlər: