İstehlaka yararsız 19 tondan çox qida məhsulu məhv edilib.

Bu barədə İqtisadiyyat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bİldirilib ki, "Sun Food" MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19,67 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.