İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Yusuf Tekin açıqlama verib.
Nazir bildirib ki, Daxili İşlər Nazirliyi və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə vəziyyət birgə qiymətləndirilib.
Müzakirələr zamanı ehtimal olunan risklər və məktəblərin toplanma məntəqəsi kimi istifadə edilə biləcəyi nəzərə alınaraq, sabah və ondan sonrakı gün dərslərin dayandırılması barədə qərar qəbul edilib.
"Təhlükəsizlik və fövqəladə halların idarə olunması çərçivəsində, Daxili İşlər Nazirliyinin müraciəti əsasında, ölkə üzrə bütün məktəblərdə dərslərə iki günlük fasilə veririk", – deyə nazir vurğulayıb.
Universitetlərlə bağlı da oxşar qərar qəbul olunub. Belə ki, cümə axşamı və cümə günləri üçün ali təhsil müəssisələrində də tətil tətbiq ediləcək.
Bundan əlavə, dövlət qurumlarında çalışan hamilə qadınlar, əlilliyi olan şəxslər, müharibə veteranları və 10 yaşdan kiçik uşağı olan analar inzibati məzuniyyətli hesab olunacaq. Lakin səhiyyə və təhlükəsizlik sahəsində çalışan əməkdaşlara bu güzəşt şamil olunmayacaq.