İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) operativ qərargahında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, zərərçəkənlərin əksəriyyətinə yerində tibbi yardım göstərilib və onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb:
"Yaralanmalar əsasən insanların təşviş içində evlərini tərk edərkən baş verib. Bu şəxslərdən 173 nəfəri birbaşa İstanbulda qeyd alınıb”,-deyə o əlavə edib.
***18:56
Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İstanbul şəhər valiliyi məlumat yayıb.
"Xəstəxanalarda 151 nəfər müalicə alır. Onlar panika səbəbindən hündürlükdən tullanıblar. Həyatları üçün təhlükə yoxdur", — deyə yerli hakimiyyət nümayəndələri bildiriblər.
Bundan əlavə, İstanbulun mərkəzində yerləşən Fatih rayonunda boş bir binanın uçduğu qeyd olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə sosial şəbəkə vasitəsilə 6100 müraciətin daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti məlumat almaq məqsədi daşıyıb.
Xatırladaq ki, aprelin 23-də İstanbul vilayətinin Silivri bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 12:49-da baş verib. Zəlzələdən sonra sakinlərə zərər görmüş binalara daxil olmamaq tövsiyə edilib.
Deprem anında 3. katın balkonundan aracın üzerine atladı! #istanbul #deprem
— Haberin Var Mı ? (@HVMHaber) April 23, 2025
pic.twitter.com/elbT43lVt0