Mayın 28-də ikinci turun nəticələrinin paylaşıldığı saatlarda Avcılarda prezident Ərdoğanın yenidən seçilməsini qeyd edənlər maşın karvanı təşkil edərək küçəni gəziblər.

İqtisadiyyat.az xəbər verir ki, 20 nəfərlik qrup konvoydakı maşınlara balta ilə hücum edib.

Hadisə yerinə gedən polislərə hücum edən qrupdan 5 nəfər nəzarətə götürülüb. O, silahlı hədə-qorxu gəlmək, əmlaka ziyan vurmaq və məsul zabitə müqavimət göstərmək ittihamı ilə həbs edilib.

Terror təşkilatı PKK-nın təbliğatını apardığı üçün saxlanılanlardan biri haqqında da istintaq başladılıb.