Türkiyənin Ədalət və İnkişaf Partiyasından İstanbulun Küçükçekmece rayon bələdiyyə sədrliyinə namizəd Əziz Yeniayın seçki kampaniyası çərçivəsində iştirak etdiyi dərnək toplantısına silahlı hücum həyata keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, dərnək binasının qarşısında baş verən hadisə zamanı 1 qadın yaralanıb.

Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım cəlb edilib, genişmiqyaslı təhqiqat başlayıb.

Partiya sözçüsü Ömər Çəlik "CNN Türk"ə açıqlamasında:

"Hüquq-mühafizə qüvvələri iş başındadır. Türkiyə bu seçki prosesini də uğurla başa vuracaq", - deyib.