İstanbulda hoteldə güclü yanğın baş verib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, yeddimərtəbəli binada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yanıq xəsarətləri alıb. Ölənlərin hotel işçisi, yoxsa qonaq olduğu müəyyən edilməyib.

1 saat davam edən əməliyyatdan sonra yanğının qarşısını almaq mümkün olub.