Mərmərə dənizində 4 bal gücündə 8-ci zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edək ki, bölgədə zəif afterşoklar davam edir.

***

15:15

Mərmərə dənizində 5,9 bal gücündə 7-ci zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

15:05

Mərmərə dənizində 4,8 bal gücündə 6-cı zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

14:41

Mərmərə dənizində 4,5 bal gücündə 5-ci zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

14:20

İstanbulun Büyükçekmece sahillərində, Mərmərə dənizində Bakı vaxtı ilə saat 14:02-də 4,9 bal gücündə dördüncü zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

13:57

Bu gün Türkiyənin İstanbul şəhərində üç zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, 3,9 maqnitudalı yeraltı təkanlardan biri bu gün yerli saatla 12:13 radələrində qeydə alınıb. İkinci zəlzələ İstanbul və ətraf vilayətlərdə 6,2 bal gücündə qeydə alınıb. İstanbulun Silivri sahillərində baş verən güclü zəlzələ Bakı vaxtı ilə saat 13.49-da baş verib. Şiddətli zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Tekirdağda hiss olunub. Zəlzələ səbəbindən vətəndaşlar özlərini küçələrə atıblar.

Üçüncü zəlzələ isə Silivri sahilində 4,4 bal gücündə, 7 km dərinlikdə baş verib. Yeraltı təkan hiss edilib.

 

Gözəl Azadəliyeva