İstanbulun Küçükçekmece rayonu Kartaltepe səmtində naməlum səbəbdən bina çöküb. Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.
İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2-si ağır olmaqla 7 nəfər xəsarət alıb.
Dağıntılar altında qalan 2 nəfərin xilasetmə işləri davam etdirilir.
Son məlumatlara görə, dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.