İsrailin Ukraynadakı səfirliyi fəaliyyətini tam bərpa edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Kohen bildirib.

Ukraynadakı səfirliyin üzərində yenidən İsrail bayrağı dalğalanır.

“Müharibə başlayandan bəri ilk dəfə bu gün mən səfir Maykl Brodski ilə birlikdə Kiyevdəki İsrail səfirliyini tam və davamlı fəaliyyəti üçün yenidən açdım. Ukrayna İsrailin dostudur və səfirliyin və burada çətin şəraitdə çalışan işçilərin davamlı fəaliyyəti ölkələr arasında əlaqələri gücləndirəcək", - Kohen bildirib.