İsrailin aparıcı müxalifət partiyası Yesh Atid-in sədri və keçmiş baş nazir Yair Lapid hazırkı hakim koalisiya ilə milli birlik hökumətinin qurulmasında iştirak etməyəcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Müxalifətin mitinqində çıxış edən Lapid baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hazırkı kabinetin tezliklə iqtidardan gedəcəyinə, beləliklə, yeni milli seçkilərə yol açılacağına əminliyini ifadə edib.

Qəzetin yazdığına görə, siyasətçi Krayot şəhərində keçirilən mitinqdə deyib: "Bu kabinet işləmir və getməlidir. Bizim planımız budur".

"Biz baş verməyəcək möcüzələrə inanmırıq. Mənəvi dayağımızı yıxacaq birlik kabinetinə qoşulmayacağıq. Netanyahu kabineti yıxılacaq və biz seçkilərə gedəcəyik", - müxalifət lideri bildirib.