İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, "Brent" markalı neft artan narahatlıqlar səbəbilə 76,31 dollardan 73,67 dollara enib.

İranın İsrailin hücumlarına ballistik raketlərlə cavab verməsindən sonra daha da böyüyən qarşıdurmalar həftə boyu səngimədən davam edib. Tərəflər bəzi enerji obyektlərini hədəfə götürsələr də, tədarükdə ciddi fasilə yaranmayıb.

Münaqişənin gedişatı ilə bağlı bütün diqqətlər ABŞ-də olsa da, Donald Trampın İranın paytaxtı Tehranın boşaldılması çağırışından sonra qiymətlər yenidən artmağa başlayıb. İyunun 17-də "Brent" markalı neftin bir barelinin qiyməti 75,74 dollara çatıb.

Bazarlarda regionda təhlükəsizlik və strateji neft marşrutlarını təmin etmək riskləri ilə qiymət artımı davam etdiyindən, iyunun 18-də "Brent" markalı neftin bir barelinin qiyməti 75,12 dollar olub.

İyunun 19-da, münaqişənin 7-ci günündə "Brent" markalı neft bahalaşmağa davam edərək 77,32 dollara çatıb.

Beləliklə, İsrail-İran qarşıdurması fonunda "Brent" neftinin bir barelinin qiyməti 11 faiz artıb.

 

Gözəl Azadəliyeva