İqtisadiyyat.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan video və vizual müşahidələrə əsasən, İranın üzərindən keçən mülki və kommersiya təyyarələri hava məkanını tərk edib, hava marşrutları dəyişdirilib.

Hərbi və təhlükəsizlik səbəbləri ilə İran səmasında demək olar ki, heç bir uçuş qalmayıb.

Hazırda İranda bütün daxili və beynəlxalq hava reysləri müvəqqəti olaraq dayandırılıb. Bu qərar təhlükəsizlik baxımından zəruri hesab edilib. Təhlükənin yüksək olduğu nəzərə alınaraq, bir çox hava limanı fəaliyyətini məhdudlaşdırıb və sərnişinlərə evdə qalmaq tövsiyə olunub.

Məlumatlara görə, Təbriz, Tehran, İsfahan, Məşhəd və Şiraz kimi böyük şəhərlərdəki hava limanlarında təyyarələr yerə endirilib, göyə qalxmağa hazırlaşan reyslər isə təxirə salınıb.