İsrail ordusunun döyüş təyyarələri Livan ərazisinə yenidən raket zərbələri endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

“İsrail Müdafiə Qüvvələri (SAXAL) “Hizbullah”ın Livandakı hədəflərinə irimiqyaslı zərbələr endirib”, - deyə məlumatda qeyd olunub

Qeyd edək ki, Livanın bombardmanı zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-16" və "F-15" qırıcıları iştirak edir.