İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir istefa verib.

İqtisadiyyat.az bildirir ki, Asəf Zamir baş nazir Benyamin Netanyahunun ölkənin müdafiə naziri Yoav Gallantı işdən çıxarmasından sonra istefa verib.

Qeyd edək ki, İsrail müdafiə naziri Yoav Gallant hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı çıxdığı üçün Netanyahu tərəfindən bazar günü istefaya göndərilib. 

Hazırda İsraildə Təl-Əviv, Qərbi Qüds, Hayfa və Netanya kimi böyük şəhərlərdə hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı aksiyalar keçirilir. Həmçinin İsrail mediası ölkədəki universitetlərin növbəti xəbərdarlığa qədər ölkə daxilində tətil elan etdiyini açıqlayıb.