Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, səfirlik müraciəti "X"də yayıb.

Müraciətdə deyilir:

"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik".