İsrail Müdafiə Nazirliyinin Milli Fövqəladə Hallar İdarəsi İsrailin qəza halları xidmətləri ilə birlikdə martın 12-dən 15-dək zəlzələ zamanı beynəlxalq yardımın alınması üzrə təlimlər keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail dövlətinin müdafiə departamenti mətbuat xidməti bazar günü bildirib.

Məlumata görə, tədbirdə 17 ölkənin, Aİ və BMT-nin nümayəndələri iştirak edir:

“Türkiyədə baş verən zəlzələdən təxminən bir ay sonra Müdafiə Nazirliyinin Milli Fövqəladə Halların İdarə Olunması İdarəsi İsrailin qəza halları xidmətləri ilə birlikdə zəlzələ zamanı beynəlxalq yardımın alınması üzrə təcrübə keçmək məqsədi ilə beynəlxalq təlim keçirir. Təlimlərdə 17 ölkədən 120-yə yaxın iştirakçı, o cümlədən Albaniya, Avstriya, Belçika, Bosniya, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Latviya, Makedoniya, Malta, Monteneqro, Rumıniya, İspaniya, İsveç komandaları və Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının (BMT)nümayəndələri iştirak edəcək".

"Təlimlər bu gün başlayır və 2023-cü il martın 15-dək keçiriləcək", - mətbuat xidməti əlavə edib.