İsrail amerikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkəti ilə "Starlink" peyk internet sistemindən istifadə üçün danışıqlara başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Telekommunikasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu addımla Qəzza sərhədi ətrafındakı qəsəbələrə və döyüş bölgələrinə fasiləsiz internet xidmətinin veriləcəyi bildirilib.
Açıqlamaya əsasən, şirkət hələlik İsrailin tələbini qəbul etməyib və nazirliyin bəyanatına münasibət bildirməyib.
Gözəl Həşimova