Suriyanın Hələb beynəlxalq hava limanı İsrail ordusu tərəfindən raket atəşinə məruz qalıb.

İqtisadiyyat.az bildirir ki, Suriyanın Nəqliyyat Nazirliyinin məlumatına görə, bu səbəbdən hava limanında uçuşlar dayandırılıb. 

 Zərbə nəticəsində uçuş-enmə zolağı və naviqasiya avadanlığı sıradan çıxıb. Bütün reyslər Dəməşq və Latakiya hava limanlarına yönləndirilib.