İsrail Silahlı Qüvvələrinin nümayəndəsi admiral Daniel Həqari bildirib ki, İran regionda zorakılığın artmasına görə məsuliyyət daşıyacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

"İran vəziyyətin daha da gərginləşməsinə görə məsuliyyət daşıyacaq. İsrail yüksək döyüş hazırlığı vəziyyətindədir. Biz İsraili İranın gələcək təcavüzündən müdafiə etməyə hazırlığımızı artırdıq. Cavab verməyə hazırıq", - deyə Həqari bildirib.