İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə səhər saatlarında basqın ediblər.

Nəticədə 5 fələstinlini yaralanıb, 9 fələstinli isə həbs edilib. Nablusun Köhnə Şəhər bölgəsini mühasirəyə alan İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma baş verib. İsrail qüvvələri təxminən saat yarım sonra ərazidən geri çəkilib. Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada Nablusda baş verən hadisələrdə yaralanan 4 fələstinliyə İsrail qüvvələri tərəfindən müdaxilə edildiyi bildirilib. Yaralı fələstinlilərdən biri xəstəxanaya aparılıb, digər 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.