"İsrail ordusu ölkə ərazisinə 10-a yaxın minaatan mərmisinin atılmasından sonra Hizbullahın silahlı qanadının hərbi hədəflərinə hava zərbələri endirib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalındakı Şlomi kəndi istiqamətində 10-a yaxın minaatan mərmisinin atılması qeydə alınıb. Mərmilər yaşayış olmayan əraziyə düşüb, IDF Livan ərazisində atəşin gəldiyi yerlərə hücum edir", - məlumatda deyilir.

"IDF təyyarələri Livandakı Hizbullah terror təşkilatının infrastruktur obyektlərinə hücum edir", - mətbuat xidməti əlavə edib.