İsrail ordusu Qolan təpələrinin atəşə tutulmasına cavab olaraq Suriyanın Dəraa bölgəsindəki hərbi infrastrukturuna hava zərbələri endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Ötən axşam Suriyadan Qolan təpələrinin cənub hissəsinə doğru bir sıra atışlar qeydə alınıb. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Dəraa bölgəsində Suriya rejiminə məxsus hərbi infrastruktura zərbələr endirib", - məlumatda deyilir.

 

Əli Ağayev