İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanası yaxınlığındakı HƏMAS qərargahına doğru irəlilədiyini elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Xaqari illik brifinq zamanı bildirib ki, İsrail ordusu qarşılaşdığı bütün yeraltı tunelləri məhv edir.Xaqarinin fikrincə, bu, Fələstin qrupunun əks-hücumlar həyata keçirmə planlarına ziyan vurur.

 

Gözəl Həşimova