Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail ordusu HƏMAS qruplaşmasının 24 batalyonundan 20-ni məğlub edib.

Bu barədə İqtisadiyyat.az "The Washington Post"a istinadən xəbər verir.

İsrail ordusu rəsmilərinin sözlərinə görə, qalan 4 batalyon Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində yerləşir və döyüş qabiliyyətini saxlayır.

Məlumata görə, Qəzzada müharibə zamanı İsrail ordusu 11,5 mindən 13 minə qədər HƏMAS üzvünü məhv edib.

 

Gözəl Həşimova