"Qəzza zolağında genişlənmiş quru əməliyyatı fonunda hərbçilər burada saxlanılan girovların evlərinə qaytarılması üçün çalışırlar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari bildirib. 

"Biz hamımız girovların evə dönməsi üçün hər şeyi edirik. Bu, bizim əsas prioritetimizdir”, - o deyib.

Həqari onu da bildirib ki, ordu yeni müşahidəçilər qrupu cəlb edir: "Müşahidəçilər həftənin yeddi günü, sutkanın 24 saatı sahədə hərbçilərə kəşfiyyat məlumatı təqdim etdikləri üçün "Ordunun gözü" adlandırılır".