İsraildə oktyabrda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri Qəzza zolağında davam edən hərbi əməliyyatlar səbəbindən yenidən təxirə salınıb. Qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

"Hökumət bu səhər (31 dekabr 2023-cü il, bazar günü - red.) yerli seçkilərin 27 fevral 2024-cü il tarixinə təxirə salınması haqqında sərəncamın imzalanmasını yekdilliklə təsdiqləyib", - deyə məlumatda bildirilir.

Xəbərdə deyilir ki, bu qərar ordu ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Məlumatda bildirilir ki, döyüş bölgəsində yerləşən 688 ehtiyatda olan hərbçi 144 bələdiyyə üzrə seçkilərdə namizəd kimi iştirak etmək üçün qoşunları tərk edə bilməyəcək: "Bununla əlaqədar olaraq hökumət seçkiləri təxirə salmaq qərarına gəlib".