İsrailin müdafiə naziri Yoav Qalant bu il martın 11-də başlayan müsəlmanların müqəddəs Ramazan ayı ərzində Fələstin-İsrail münaqişəsi zonasında gərginliyin mümkün artması ilə bağlı narahatlığını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, onun fikrincə, HƏMAS hərəkatı və Livanda fəaliyyət göstərən iranyönlü Hizbullah təşkilatı bu müddətdən istifadə edərək öz hərəkətlərini gücləndirə bilər.

"HƏMAS-ın əsas məqsədi Ramazandan Məbəd dağı və Qüdsə yönəlik addımlar atmaq üçün istifadə etmək və bunu 7 oktyabr, 2023-cü il tarixində başlayan planlarının ikinci mərhələsinə çevirməkdir. Bu, HƏMAS-ın əsas məqsədidir. İran və Hizbullah tərəfindən bu niyyətlər gücləndirilib", - deyə Qalant İsrail Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığında keçirilən görüşdə bildirib.

Nazir vurğulayıb ki, İsrail ayıq-sayıq qalmalı və bu planların qarşısını almaq üçün hər şeyi etməlidir: "Biz HƏMAS-a müharibə başlayandan bəri əldə edə bilmədiklərini verməməli və cəbhələri birləşdirməliyik".