"Fələstinin HƏMAS hərəkatının Rəfah briqadası məğlub oldu".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. 

"HƏMAS-ın Rəfah briqadası məğlub edilib və bu ərazidə 150-dən çox tunel məhv edilib", - Qallant bildirib. 

O qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinə qalan tunelləri dərhal məhv etmək əmri verib. 

O, həmçinin əlavə edib ki, dağıdılmış 150 yeraltı keçiddən 100-ü mühəndis maşınlarının köməyi ilə qazılmış və sonra 1-2 m qalınlığında torpaq qatı ilə örtülmüş xəndəklərdir.