HƏMAS qruplaşması ilə münaqişənin gərginləşməsi İsrail iqtisadiyyatını 4% kiçildə bilər.

Bu barədə İqtisadiyyat.az "Prime" agentliyinə istinadən xəbər verir.

Yaxın Şərqdə artan döyüşlər İsrail ümumi daxili məhsulunu (ÜDM) bu ilin sonuna kimi 454 milyard dollara qədər azalda bilər.  Məlumata görə, HƏMAS ilə güclənən münaqişə investorların itkisinə və İsraildən kapitalın çıxmasına səbəb ola bilər.

Bundan əlavə, belə bir ssenaridə İsrail iqtisadiyyatı üçün mühüm rol oynayan turizm sektorunda geriləmə mümkündür.

 

Gözəl Həşimova