Bu gün İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə bir sıra zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfi bəyan edib ki, bu hərəkətlər ölkənin şimal rayonlarının Livan ərazilərindən atəşə tutulmasına cavabdır. Bundan əlavə, qeyd edilib ki, Livanın cənubundakı Blida və Mays əl-Cəbəl bölgələrində Hizbullah tərəfinin müxtəlif məntəqələrinə zərbələr endirilib.