İsrail ordusunun Şimal Komandanlığının general-mayoru Ori Qordin Hizbullaha qarşı hücuma hazırlaşdıqlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, İsrailin şimalında yerli rəsmilərlə görüşdə çıxış edən general-mayor Ori Qordin ölkənin şimalındakı vətəndaşların evlərinə qayıtmasını təmin etmək üçün "Hizbullah"a qarşı daha geniş hücuma hazırlaşdıqlarını bildirib.

Qordin İsrail ordusunun məqsədinin ölkənin şimalındakı təhlükəsizlik vəziyyətini sakinlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan verəcək şəkildə dəyişmək olduğunu bildirib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bu yana gedən qarşıdurmalarda 184 Hizbullah üzvü, 6 Amal Hərəkatı üzvü, 31 livanlı mülki, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.