İsrail ordusu Livanın cənubunda "Hizbullah" təşkilatının hədəflərinə yeni hava zərbələri endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri qırıcıları Zıbkin və Houla kəndlərində Hizbullahın iki hərbi obyektinə hücum ediblər".

Ordu əlavə edib ki, İsrail artilleriyası təhlükəni aradan qaldırmaq üçün Livanın cənubunda bir neçə ərazini atəşə tutub.