İsrailin Fələstin ərazilərində qeyri-qanuni məskunlaşmalarına qarşı Nablusun Beyt Decen, Bayta və Karyut, Kalkiyanın Kefr Kaddum şəhərlərində nümayişlər keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, aksiya iştirakçıları yəhudi məskənlərinin və İsrailin pozulmasına qarşı şüarlar səsləndirib, təkər yandırıblar.

Kefr Kaddumdakı Fələstin Xalq Müqavimət Komitəsinin rəhbəri Murad Şiteivi İsrail qüvvələrinin nümayişlərə müdaxiləsi zamanı 2 nəfərin rezin güllələrlə yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan zərər çəkdiyini bildirib.