İsrail hakimiyyəti bəzi xarici telekanalların yayımını dayandırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, ölkənin HƏMAS qruplaşması ilə müharibəsi səbəbindən bəzi xarici xəbər kanallarının yayımı dayandırılıb.

Bu məhdudiyyətlər milli təhlükəsizliyə təhdid yaradan telekanallara təsir edib. Yayımı dayandırılan kanalların siyahısına Livanın "Əl Mayadin" və Qətərin "Əl-Cəzirə" telekanalları da daxildir.

Bildirilib ki, "Əl-Cəzirə" HƏMAS-a informasiya dəstəyi verir, "Əl Mayadin" isə Hizbullah hərəkatı tərəfindən istifadə olunur.

 

Gözəl  Həşimova